Bakı bu gün... - Fotolar

Bakı bu gün... -  Fotolar
2148 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kəsin dilində Qarabağ, hər kəsin gözündə sevinc, hər kəsin üzündə bir təbəssüm... Bütün bunların bir səbəbi var - Qarabağ azad edildi.

Ali Baş Komandan İlham Əliyev ikinci Qarabağ Müharibəsinin qələbə ilə bitdiyini elan etdiyi andan Azərbaycanın hər bir bölgəsində insanlar küçələrə axışıb.

Xalq Qarabağın azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini böyük fəxarət hissi ilə qeyd edir. Hər yerdə əlində bayraqla "Qarabağ bizimdir", "Qarabağ Azərbaycandır" şüarını səsləndirən insanlar dolaşır.

Axşam.az Bakının müxtəlif yerlərindən lentə aldığı bayram ab-havalı fotoları təqdim edir:

Foto: Valeh Arifoğlu