Tarixi zəfər Neftçalada belə qeyd olundu - Fotolar

Tarixi zəfər Neftçalada belə qeyd olundu -  Fotolar
559 dəfə oxunub
  • A-
  • A
  • A+

Ali Baş Komandan İlham Əliyev ötən gecə səbirsizliklə gözlədiyimiz şanlı qələbə xəbərini xalqımıza çatdırdıqdan sonra Neftçalada yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirib.

Axşam.az xəbər verir ki, sakinlər al bayraqlarla bəzədilmiş maşınlarla, atlarla şəhərin küçələrində yürüş edib, qalib ordumuzu, qələbəmizi vəsf edən mahnılar səsləndirib, rəqs edib, sevincli, bayram əhval-ruhiyyəli anlar yaşayıblar.

Həmçinin şəhərin mərkəzi meydanında quraşdırılmış monitor vasitəsilə Ali Baş Komandan İlham Əliyevin böyük qələbə xəbəri, Müdafiə Nazirliyinin məlumatları təkrar-təkrar izdiham iştirakçılarına çatdırılıb.