“Cik-cik xanım” tamaşası onlayn nümayiş ediləcək

“Cik-cik xanım” tamaşası onlayn nümayiş ediləcək
474 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 14-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası onlayn nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.

Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onun cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onun bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.

Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.