Ermənistanda itkin düşən əsgərlərin valideynləri aksiya keçirdi - Fotolar

Ermənistanda itkin düşən əsgərlərin valideynləri aksiya keçirdi -  Fotolar
1955 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanda itkin düşən əsgərlərin valideynləri Müdafiə Nazirliyinin qarşısına yığışıblar.

Axşam.az xəbər verir ki, bu haqda "Sputnik Ermənistan" yazıb. Bildirilib ki, aksiya iştirakçıları müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyanla görüşmək istədiklərini bildiriblər. Valideynlər döyüşə gedən və hazırda heç bir xəbər ala bilmədikləri övladlarından məlumat verilməsini tələb edirlər.

Onlar "Uşaqlarımız haradadır?", "Uşaqlarımızı geri qaytarın", "Niyə onların adı heç bir siyahıda yoxdur" kimi şüarlar səsləndiriblər. Ətrafa yığışan polis onları sakitləşdirməyə çalışıb və binaya girişlərinə mane olub.