"O əsgərin toyunu özüm idarə edəcəm" - Manaf Ağayev

"O əsgərin toyunu özüm idarə edəcəm" -  Manaf Ağayev
6710 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün sosial şəbəkədə bir qrup əsgər sevdikləri müğənnilərin adlarını açıqlayıb, onlara "salam" göndərib.

Axşam.az xəbər verir ki, müğənni Manaf Ağayev onun adını çəkən hərbçimizlə bağlı açıqlama verib. Sənətçi bildirib ki, həmin əsgərin toyunda pulsuz oxuyacaq:

"Əsgərlərimizin bir videosunu gördüm, mən də ona münasibət bildirmək istədim. Onları bağrıma basıram, onlarla fəxr edirəm. Elə igidlərin toyunu biz oxumalıyıq. Bunu özümə şərəf bilirəm. Sağ-salamat evlərinə qayıtsınlar. Şəxsən onun toyunu özüm oxuyacam".