Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Çotari Alban-Udi kilsəsi haqqında qısa videoçarxı təqdim edib.
Nazirlikdən Axşam.az-a verilən məlumata görə, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb.