Özcan yeni serialı üçün onu seçdi

Özcan yeni serialı üçün onu seçdi
2112 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün aktrisa İrem Helvacıoğlu İstanbulun Nişantaşı səmtində kamerlara tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, jurnalistləri görən aktrisa onların suallarını cavablandıraraq, yeni layihəsi ilə bağlı açıqlama verib.

O bildirib ki, yeni işi "Seni Çok Bekledim" serialında tərəf müqabili müğənni Özcan Denizdir. Serial haqqında ilk dəfə danışan İrem artıq çəkilişlərin başladığını da qeyd edib:

“COVID-19 səbəbi ilə çəkilişlərə gec başlamaq məcburriyyətində qaldıq. Lakin tez başlamaq istəyirdik. Çəkiliş meydanında tərəf müqabilim Özcanla çox əylənirik. Hamımız həyəcanla serialın yayımlanacağı günü gözləyirik”.