"Biz bu günlərin həsrətini çəkmişik" - Elnarə

"Biz bu günlərin həsrətini çəkmişik" -  Elnarə
526 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mən də qələbə günü maşınla küçələrdə idim. Xalqın içində qələbəni qeyd edirdim. Bu sevinci yaşayan bilər. Xalqımız bildi ki, sevinc, qələbə nədir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Birinci studiya"da qonaq olarkən deyib. Vətən müharibəsindən, qələbədən danışan xanəndə bunları əlavə edib:

"Xalq o qədər bu günlərin həsrətində olub ki... Biz Qarabağ eşqi ilə yaşadıq... Hər soruşanda deyirdik ki, Qarabağda konsert verək, veriliş çəkək. Allah bizi nə qədər çox istəyirmiş. Bu gözəl günləri bizə yaşatdı. O günlərə gəlib çıxdıq. Mənə hər zamand eyirdilər ki, sən axı Qarabağdan deyilsən... Vətənin o başı, bu başı olmur. Hamımızın torpağıdır Qarabağ".