27 ildən sonra Ağdam məscidində dua oxundu - Video

27 ildən sonra Ağdam məscidində dua oxundu -  Video
513 dəfə oxunub
  • A-
  • A
  • A+

"Russia Today" telekanalı işğaldan azad olunan Ağdam şəhərinin Cümə Məscidindən reportaj hazırlayıb.

Axşam.az xəbər verir ki, jurnalist əsgərlərin məsciddə təmizlik işləri etməsini və ora xalça sərməsini görüntüləyib.

"Ağdam məscidində son 27 ildən sonra edilən ilk duanı lentə aldıq. Siz əsgərlərin hazırda burada etdiklərini görə bilirsiniz. Biz həm də Ermənistan və Azərbaycan tərəfləri arasındakı təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələriyik, bunun üçün rus sülhməramlılarına minnətdarıq. Ağdam şəhəri və bölgəsi rəsmən Azərbaycanın nəzarətinə qaytarılıb.Bu, Azərbaycan üçün böyük hadisədir. Onlar bundan sonra məscidi bərpa edəcəklər" deyə, jurnalist söyləyib.