Metin Hara hakim qarşısına çıxarılıb

Metin Hara hakim qarşısına çıxarılıb
567 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl məşhur model Adriana Lima ilə eşq yaşayıb sonra ayrılan Metin Hara hakim qarşısına çıxıb. 

Axşam.az türk mətbuatına istinadən bildirir ki, özünü həkim kimi qələmə verən Metin yalan danışmaqda ittiham olunur. İnsanları enerjisi ilə müalicə etdiyi deyilən Hara məhkəmədə ona atılan böhtanların yalan olduğunu bildirib. O heç bir xəstəsinə tibbi müdaxilə etmədiyini, sadəcə, enerjisi ilə müalicə etdiyini söyləyib: 

“Kitabda yazdığım hər cümlənin tibb elmində sübutu var. Müalicə üsulum "Sufhi nəfəsi" adlanır. Bu heç bir ləvazimat və dərman olmadan edilir. Məqsədim sadəcə insanlara kömək etmək olub. İşimi qanun çərçivəsində görməyə çalışmışam və buna görə də 14 müxtəlif qurumdan işimlə bağlı icazə sənədi almışam. Enerjim ilə müalicə etdiyimə görə bəziləri məni fizioterapevt adlandırır. Xəbər manşetlərində "Saxta diplomlu Metin Hara" kimi yazılar qeyd olunur. Bildirmək istəyirəm ki, belə etməsinlər, bu mənim karyeram üçün böyük zərbədir".

Hakim Haranın məhkəmə prosesinin növbəti ayda keçirilməsi haqqında qərar verib.