"Artıq "Qarabağ"ı həsrət çəkmədən oxuyacam"

"Artıq "Qarabağ"ı həsrət çəkmədən oxuyacam"
575 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bugün Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsini rəsmi şəkildə elan edib. Sosial mediada bu şad xəbərlə bağlı minlərlə təbrik paylaşımları olub. Məşhurlar da bu paylaşımları edənlər sırasında yer alıblar. 

Axşam.az xəbər verir ki, onlardan biri də gənc müğənni Tunar Rəhmanoğludur. İfaçı İnstaqram hesabında ifasını paylaşaraq "Ağdam, qayıdışın mübarək" sözlərini yazıb. Sevincli anlar yaşadığını deyən ifaçı sözlərinə belə davam edib:

"30 il Qarabağ oxudum. İnşallah, artıq o ifamı niskilsiz, həsrət çəkmədən vətənimdə, Ağdamımda-Qarabağımda oxuyacam, Allah ömür verərsə. Arzuma çatdım. Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu şad olsun, hər zaman ruhunuz, adınız qarşısında baş əyirəm. Təbriklər, gözün aydın Azərbaycan".