Övladları qazi, özü isə şəhid oldu - Video

Övladları qazi, özü isə şəhid oldu -  Video
8165 dəfə oxunub
  • A-
  • A
  • A+

İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olanlardan biri də Müşviq Abbasovdur. 

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Vətən müharibəsinin ilk günlərində iki oğlu ilə cəbhəyə gedən igid və qorxmaz qəhrəmanımız övladları üçün həm ata, həm də komandir idi.

"Ölürüksə, heç olmasa normal məqsəd, vətən uğrunda ölək" deyən Müşviq Abbasov şəhid olmağı qarşısına məqsəd qoymuşdu.

Hələ gənc yaşlarından birinci Qarabağ müharibəsində qardaşları ilə birgə ermənilərə qan udduran Müşviq Abbasov ikinci Qarabağ müharibəsində üç oğlundan ikisini cəbhəyə aparıb. Əgər yaşı çatsaydı, digər oğlunu da özü ilə birlikdə aparacaqdı.

Gözünün qarşısında vurulan atasını çiynində daşımaq Şamilə asan olmasa da, o, atası ilə döyüşməyin qürurverici olduğunu deyir.

Müşviq Abbasovla döyüşənlərdən biri də onun yaxın dostu Elşən Hüseynov idi. O, Müşviqin vurulma anını xatırlayanda göz yaşlarına hakim ola bilmir. Deyir ki, şəhid dostu hər iki Qarabağ döyüşündə birlikdə 50-ə yaxın erməni öldürüb.