"Vətən üçün ölənlər onu yaşadanlardır. Bizim yaşamağımız üçün igidlər canlarını fəda etdilər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Güsültan Əliyeva "Vaxtı gəldi" proqramında qonaq olarkən deyib. Vətən müharibəsinin qələbə ilə bitməsindən bəhs edən müğənni bunları əlavə edib:

"Hər zaman deyirdik ki, Qarabağ sağalmayan yaramızdır. Sən demə bu yaralar da sağalırmış. İgidlərimizin göstərdiyi cəsarət yaralarımıza su səpdi. Hərə bir söz dedi: biri dedi, atamın qanı alındı. Mən dedim qardaşımın, həyat yoldaşımın qanı alındı. Şükür bu problem nəvələrimizə qalmadı. Hər dəfə deyirdik ki, görəsən, nəvələrim baba yurdunu görəcək?".

Həyat yoldaşı və qardaşı birinci Qarabağ müharibəsində şəhid olan G.Əliyeva onlardan söz açıb.



                 

Xəbər lenti