Məşhur müğənni Selena Qomez maraqlı açıqlaması ilə diqqət çəkib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, sənətçi son bir neçə aydır eşq həyatı haqqında fikirləşdiyini bildirib. Buna səbəb gənc müğənninin bir müddət əvvəl sevənlərinə təqdim etdiyi “Lose You to Love Me” adlı mahnısı olub.

Qomez bildirib ki, bu kompozisiyanın təqdimatı onun həyatında böyük hadisədir. İllərdir qarışıqlıq içində yaşadığını deyən Selena bu mahnıdan sonra əsl yaşamağın necə olduğunu öyrəndiyini deyib. Bundan sonra bəzi sosial media istifadəçiləri müğənninin hələdə keçmiş sevgilisi Castini unuda bilmədiyini və mahnını ona həsr etdiyini bildirib.

Qeyd edək ki, Selena Qomez bir müddət əvvəl müğənni Castin Biberlə yaşadığı eşq həyatı ilə gündəmdən düşmürdü. Lakin sonra, tez-tez ayrılan və barışan cütlük birdəfəlik münasibətlərinə son qoyub.

 

 

 



                 

Xəbər lenti