Məşhur müğənni Işın Karaca anasının təhdid edildiyini bildirib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, ifaçı iki həftədir İnstaqram hesabında anası Şeniz Büyükkaracanın şantaj olunduğunu deyib. 47 yaşlı sənətçi anasının başına gələnləri polisə bildirib və bu haqda sərt açıqlama verib.

“Səni tapacam. İki həftədir ki, anama nalayiq sözlər yazırsan, ölümlə şantaj edirsən. Bütün bu hərəkətlərin cavabsız qalmayacaq. İstədiyin profildən istifadə et, istədiyin ölkəyə get. Sən anamı qorxutduğunu zənn edirsən. Məncə sən məndən qorxmalısan!”

 

 



                 

Xəbər lenti