Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il olacaq

Türkiyə hərbçiləri Dağlıq Qarabağda 1 il olacaq
1222 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə hərbçiləri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.