Muazzez Ersoy üsyan etdi - Fotolar

Muazzez Ersoy üsyan etdi -  Fotolar
1535 dəfə oxunub
  • A-
  • A
  • A+
2000-ci ildə türkiyəli müğənni Muazzez Ersoyun təşəbbüsü və yardımları ilə inşa olunan leykoz xəstəxanasının adı dəyişdirilib.

Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı narazılığını sosial şəbəkədə qeyd edib:

“Xəstəxana üçün Ankarada yerləşən evimi hədiyyə etdim. Yardım məqsədi ilə konsertlər verdim. Vəzifəli şəxslərdən yardım topladım. Xəstəxana ilk dəfə açılanda “Muazzez Ersoy Lösemili Çocuklar Hastanesi” olaraq açıldı. İndi isə adı dəyişdirilir. Sanki bunları mən etməmişəm, bu məni kədərləndirir. Əmək verilibsə, ad qoyulubsa, dəyişdirilməli olduğunu düşünmürəm. Ya qoyulmayacaqdı, ya da dəyişdirilməyəcəkdi”.