FHN Rusiyadan Şuşa və Xankəndi şəhərlərinə göndərilən yardımı müşaiyət edib - Video

FHN Rusiyadan Şuşa və Xankəndi şəhərlərinə göndərilən yardımı müşaiyət edib - Video
1820 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

Axşam.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.