Sosial şəbəkələrdə ən çox paylaşılan görüntülərdən biri də 22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin çəkdiyi video olub.

Axşam.az xəbər verir ki, hərbçi yoldaşlarının əhatəsində "Vətən yaxşıdır" oxuyan xanəndənin ifasını bu dəfə Parisdə yaşayan bəstəkar-pianoçu Etibar Əsədli müşayiət edib.

Musiqiçi çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, X.Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. O, Bərdədəki 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. Oktyabrın 23-də isə Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.



                 

Xəbər lenti