Esra Bilgiç karyerasına son qoyur?

Esra Bilgiç karyerasına son qoyur?
1378 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Esra Bilgiçin hüquqşünaslıq ixtisası üzrə təhsil alması ağılları qarışıdırıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Esranın artıq başqa sahə üzrə təhsil aldığı və aktrisalıq fəaliyyətini bitirəcəyi haqqında şayiələr yayılıb. 

Rol aldığı "Ramo" serialında sərt obraz canlandıran sənətçi bununla bağlı açıqlama verib. Hüquq fakültəsinin ikinci kursunda təhsil alan Bilgiç karyerasına elə aktrisa kimi davam edəcəyini bildirib.

Esra dərslərini onlayn formada keçdiyini deyib.