Covid-19 testi özündə neqativ, xanımında isə pozitiv oldu

Covid-19 testi özündə neqativ, xanımında isə pozitiv oldu
2683 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış cütlük Tural Yusifov və Səma Abıyeva da özlərini izolyasiya ediblər.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı və bloqqer Səma sosial şəbəkədə paylaşıb. O bildirib ki, bir neçə gündür hərarətləri olub və test veriblər. Maraqlısı isə odur ki, Səmada test nəticəsi pozitiv, Turalda isə neqativ çıxıb.

"Bazar günü analiz verdik, 3 gün cavablar gecikdi. Qəribəlik odur ki, məndə pozitiv, Turalda neqativdir. Hərarətimiz qalxan kimi önləmimizi aldıq: uşaqları evdən uzaqlaşdırdıq, işə getmədik. Tural efiri də evdən idarə edir" deyə, Səma bildirib. 

Tural isə paylaşımında "Özümü 14 günlük izolyasiya edirəm. Evdən "Avto stop" yayımına davam edirik. Özünüzü qoruyun" sözlərini qeyd edib.