253 gün karantində qalıb

253 gün karantində qalıb
1017 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya məşhurlarından bəziləri karantin məhdudiyyətləri aradan qaldırıldıqdan sonra istirahətə yollanıb. Bəziləri isə könüllü olaraq karantində qalıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyor Entoni Hopkins də könüllü olaraq karantində qalanlardandır. O, artıq 253 gündür özünü hər kəsdən təcrid edib.

Aktyor bunun psixologiyasına necə təsir etdiyi haqqında şəkil paylaşaraq belə bir status yazıb:

"253 gün karantində... Artıq mənfi təsirlərini hiss etməyə başladım. Bu haqda siz nə düşünürsünüz?".

Sosial media istifadəçiləri Hopkinsin paylaşımına minlərlə rəy yazaraq, elə aktyorla eyni hissi keçirdiklərini bildiriblər.