"Qəsdən edirəm, məndən uzaq dursunlar"

"Qəsdən edirəm, məndən uzaq dursunlar"
1822 dəfə oxunub
  • A-
  • A
  • A+
"Efirlərə getmirəm, çünki bilirəm ki, kimləsə bağlı sual verəcəklər. Cavab verməyəcəm, qalmaqal olacaq. Xasiyyətim belədir, xoşuma gəlmirsənsə, deyəcəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Kazım Sübhanın "MTV özəl" layihəsində qonaq olarkən deyib. Sənətçi şou-biznesdə yaşananlara münasibət bildirib. O qeyd edib ki, saxtakarlıqlar onu yorur:

"Məndən soruşsalar niyə o insanla görüşmürsən, açıq deyirəm. Amma bunu onun üzünə deyəndən sonra başqalarının yanında danışaram. Canım deyim, öpüm, görüşüm, sonra da arxasınca danışım? Bu şeylərə pis baxıram. Ətrafımdakılardan da belə görəndə, deyirəm, ayıb olsun. Burada bu adamla duz-çörək kəsir, dostluq edir, oradan arxasınca danışır. Ona görə də hamıdan uzağam. Öz çevrəm, evim, dostlarım var. Onları çox sevirəm, qoruyuram".

Elnur efirlərə getməməyi ilə bağlı etiraf edib:

"Azərbaycanda tendensiya yaranmışdı ki, Elnur yatır, efirə gəlmir, tənbəldir. Amma demir ki, Elnur sənə deyib gəlmirəm. "Yox" sözünü deyəndə, adamı başa düşmürlər. Bir-iki dəfə "hə" deyib, verilişə getməmişəm. Qəsdən etmişəm, gedib desinlər tənbəldir, uzaq dursunlar məndən".