Qazini düşmən gülləsindən telefonu xilas edib - Video

Qazini düşmən gülləsindən telefonu xilas edib -  Video
778 dəfə oxunub
  • A-
  • A
  • A+

"Telefon ürəyimin üstündə idi. Güllə ona dəydi, telefon güllənin zərbəsini zəiflətdi. Keçib telefonun içərisində qaldı".

Axşam.az xəbər verir ki, bu sözləri ikinci Qarabağ müharibəsinin qəhrəman qazisi Asif Məmmədli AzTV-yə açıqlamasında deyib. Laçın uğrunda gedən döyüşlərdə bu kiçik əşya döyüşçüyə sipər olub.

Telefonu A. Məmmədlini düşmənin 7.62 mm-lik patronundan bir dəfə qorusa da, növbəti dəfə qoruya bilməyib:

"Döyüşçü yoldaşım yaralanmışdı, onu götürüb çıxarmaq istəyəndə düşmən məni sağ qolumdan nişan aldı, yaralandım. Çox şükür ki, yaralı yoldaşımızı tibb məntəqəsinə çatdıra bildik".