Devid və Viktoriya Bekhem cütlüyü yenə də pulunu əmlaka xərcləyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlar aldıqları bahalı mülklərlə medianın gündəmindən düşməyən ikili ada inşa edir. Hazırda onların Böyük Britaniyanın Cotswolds bölgəsində yerləşən malikanələrində təmir işləri gedir.

Cütlük xəyallarını reallaşdırmaq üçün həmin mülkün ərazisində yerləşən gölün üzərində ada inşa etdirir. 8 metr hündürlüyündə olacaq süni adanın inşasının 2021-ci ilin fevralında yekunlaşacağı bildirilib.

Əgər tikinti həmin vaxta qədər bitməzsə, Devid və Viktoriya daha 6 ay gözləməli olacaq.  



                 

Xəbər lenti