Xatundan müğənnilərə: "Silikonları, qaynaq saçlarıyla əsgər paltarı geyinirlər"

Xatundan müğənnilərə:  "Silikonları, qaynaq saçlarıyla əsgər paltarı geyinirlər"
1315 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bəzi insanlarda cılızlıq gördüm. Elə bil ki, hamısı məqam axtarırdılar. Etsinlər, amma ehtiyatla. Hər şeyin bir mənası var, düşünmək lazımdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "MTV Azərbaycan"da qonaq olarkən deyib. Sənətçi müharibə ərəfəsində vətənpərvər mahnılar oxuyub, klip çəkdirənlərdən danışıb. Xatun bildirib ki, onlar özlərini reklam edirlər:

"Çox şeylərə şahid olduq. Həmkarlarımla yazışırdım, bayağılıq baş alıb gedirdi. Hərdən deyirdim ki, onlar ermənidən sonra ikinci düşmənimizdir, bizi qıcıqlandırırlar. Əsgər geyimi şərəflidir. Hər adamın hünəri deyil bunu geyinmək. Bizim oğullarımız onu geyinib nələr edirlər, torpaq aldılar. Nə qədər müqəddəsdir. Qaynaq saçlarla, silikonlarla əsgər geyimi geyinirdilər.

Hərə bir mahnı, hamı vətənpərvər oldu. Vətənpərvər mahnı yaxşıdır, onu başında kələğayı, qara geyimdə oxu. Vətənpərvər mahnıya rəqs qrurular. Elə sənət adamı var ki, qara siyahıya atdım".

Xatun son günlər bayraqdan paltar geyinən həmkarı Mənzurə Musayevaya da reaksiya verib. O, ad çəkmədən geyimin biabırçılıq olduğunu deyib:

"Sonuncu dəfə bayraqdan şalvar geyinmək oldu. Nəyə lazımdır? Allah səni seçəcəksə seçəcək. Vaxtında özünü təqdim edə bilməmisənsə, kimdənsə məsləhət al. Get mətn hazırla, çıx verilişdə danış. Özünü fərqli yöndən göstər. Durub bayrağa o cür yanaşmaq olmaz. Həmin insanlardan küsürəm. Belə bayağılıqla bizimlə düşmənçilik etməsinlər".