Meqan Foks boşanmaq üçün məhkəməyə müraciət edib

Meqan Foks boşanmaq üçün məhkəməyə müraciət edib
430 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Meqan Foks boşanır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi özündən 13 yaş böyük həyat yoldaşı Brayan Qrindən dən ayrılıb və məhkəməyə rəsmi olaraq müraciət edib. 10 il ailəli qalan cütlüyün arasında ötən ilin sonlarından soyuqluq yaranıb.  

Meqan bir müddət əvvəl gənc müğənni Qan Kelli ilə görüşməyə başlayıb. Aktrisanın bu hərəkəti həyat yoldaşını şoka salıb. O, əvvəl əsəbiləşdiyini, daha sonra isə vəziyyəti qəbul etdiyini açıqlayıb.

Meqanın pərəstişkarları evliliyin Qrinə görə bitdiyini deyirlər. İddialara görə həyat yoldaşı Meqana xəyanət edirmiş. Lakin Qrin irəli sürülən iddiaların şayiə olduğunu söyləyib.

Qeyd edək ki, cütlük 2004-cü ildə tanış olub, 2010-ci ildə isə ailə həyatı qurub. Onların bu evlilikdən 3 uşağı dünyaya gəlib.