Türkiyədə koronavirusdan ölənlərin sayı sürətlə artır

Türkiyədə koronavirusdan ölənlərin sayı sürətlə artır
306 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 174 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

O qeyd edib ki, son 24 saatda 168 348 şübhəli koronavirus testindən keçib, onlardan 6876-nün cavabı pozitiv çıxıb, 3291 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 388 771 nəfərdir. Ağır xəstə sayı isə 4711 nəfər olub.

Türkiyədə indiyədək 474 606 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 014 nəfəri ölüb.