25 ildir dolğu etdirdiyini açıqladı

25 ildir dolğu etdirdiyini açıqladı
920 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa və model Demet Şener İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi estetik klinikalardan birindən çıxarkən görüntülənib. Üz baxımı elətdirən Şener makiyajsız halı ilə müzakirələrə səbəb olub. 

Jurnalistlərin "Estetik əməliyyat elətdirməyə necə baxırsınız" sualına Demet belə cavab verib:

“Estetik əməliyyatlara qarşı deyiləm. Dodaqlarıma 25 ildir ki, dolğu elətdirirəm. Lakin bu günə qədər botoks etdirməmişəm. Bundan başqa heç bir yerimdə estetik əməliyyat yoxdu. İrəliləyən zamanlarda ola bilər ki, etdirim".