Övladını itirən model depressiyaya düşüb

Övladını itirən model depressiyaya düşüb
1185 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı və model Krissi Tayqen hazırda çətin anlar yaşayır. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl yeni doğulan körpəsini itirən 34 yaşlı model depressiyaya düşüb. O, bununla bağlı sosial media hesabında paylaşım edib:

“Dərin depressiyada olduğum üçün tez-tez paylaşımlar edə bilmirəm. Lakin narahtlığa heç bir əsas yoxdur. Həkimlərin dəstəyi ilə tezliklə sağalacağımı ümid edirəm. Sizi sevirəm və hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, Krissi Tayqen bəstəkar Con Lecendlə evliliyindən olan körpəsini ötən ay itirib.