Diananın heç yerdə olmayan fotosu yayılıb

Diananın heç yerdə olmayan fotosu yayılıb
1398 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum şahzadə Diananın heç yerdə görülməyən arxiv fotosu yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, şəkil 1990-cı illərdə İtaliya sahillərindəki yaxtadan birində lentə alınıb. Görüntüdə Diana çimərlik paltarındadı. Sözügedən foto İnstaqramda iş adamı Cankarlo Cametti tərəfindən paylaşılıb.

Qeyd edək ki, şahzadə 23 il əvvəl vəfat edib. Buna baxmayaraq, hələ də dünya mətbuatında ən çox müzakirə olunan və sirli insanlardan biri olaraq qalır.