İşsiz qalan müğənnilər qonorarlarını azaltdılar

İşsiz qalan müğənnilər qonorarlarını azaltdılar
622 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı konsert təşkilatçısı Sergey Lavrov sənət adamlarının qonorarları ilə bağlı müsahibə verib. Bəlli olub ki, pandemiya ərəfəsində müğənnilər cidd maddi sıxıntı yaşayırlar.

Axşam.az xəbər verir ki, Sergey qoyulan qadağalara görə işsiz qalan müğənnilərin qonorarlarına çoxlu endirim etdiklərini bildirib.

O deyib ki, artıq Yeni il gecəsi üçün müğənnilərlə danışıqlara başlayıblar. Kristina Orbakayte, Valeri, Leonid Aqutin və Anjelika Varum əvvəllər çıxışları üçün 3,5 milyon rubla qədər qonorar tələb edirdilər. İndi isə bu məbləğ iki dəfə aşağı düşüb.

"İndi onları 2 milyon ödəyərək dəvət etmək mümkündür. Onlar bunu ediblər ki, nəsə qazana bilsinlər. Amma yenə də dəvət yoxdur".

"Sofiya Rotaro bir keçə üçün 20-30 min avro tələb edir. Onu da çağıran yoxdur. Müğənni isə qonorarı aşağı salmır" deyə, Lavrov söyləyib.