Onlar 30 yaşadək hərbi xidmətdən azaddırlar

Onlar 30 yaşadək hərbi xidmətdən azaddırlar
1774 dəfə oxunub
  • A-
  • A
  • A+
Cənubi  Koreyalı pop musiqi qrupu BTS-dən xəbər var.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, qrup üzvlərinin hərbi xidmətə çağırışında dəyişikilik edilib. Buna səbəb onların beynəlxalq areanda qazandığı uğurdur.

Koreya Respublikası Mili Məclisinin qərarına əsasən, BTS üzvləri 30 yaşına qədər hərbi xidmətdən azaddırlar. Qrupun ən böyük üzvü 27 yaşlı Cindir. Bu qanuna görə, onun hərbi xidmətə yollanmasına hələ 3 il var.

Qeyd edək ki, qısa müddətdə ifaları böyük fanat ordusu toplayan BTS Koreya mədəniyyətini və dilini dünyada təbliğ etdiyinə görə dövlət tərəfindən medalla təltif edilib. Qrup mahnılarının böyük əksəriyyətini Koreya dilində ifa edir.