Şahzadə Diananın gəlinlik eskizləri hərraca çıxarılacaq

Şahzadə Diananın gəlinlik eskizləri hərraca çıxarılacaq
579 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Diananın toyunda geyindiyi gəlinliyin eksizlərinin hərracı təşkil ediləcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsi üçün geyimlər hazırlayan modelyer və dizayner Elizabet Emanuyelin çəkdiyi 8 nadir eskiz auksina çıxarılacaq.

Onlar arasında 7-si Şahzadə Dianaya məxsus gəlinlik eskizidir. Mütəxəssislər onun hər birinin 1000 funt-sterlinqdən baha satılacağını ehtimal edirlər. Hərrac dekabrın 8-də, Böyük Britaniyanın “Kerri Teylor” moda evində keçiriləcək.