Türkiyədə koronavirusdan 185 nəfər ölüb

Türkiyədə koronavirusdan 185 nəfər ölüb
203 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 185 nəfər ölüb.

Axşam.az-ın məlumatına görə, bu haqda Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. 

Ağır xəstə sayı ötən günlə müqayisədə 108 nəfər artaraq  5011 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 494 351 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 558 nəfəri ölüb.