Bundan sonra modelyerlik edəcək

Bundan sonra modelyerlik edəcək
1610 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Bestemsu Özdemir yeni xəbərlə gündəmə gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Özdemir daha aktrisalıqla məşğul olmayacaq. Türkiyədəki universitetlərdən birində dizayn və modelyerlik ixtisası üzrə təhsil alan aktrisa modelyer kimi fəaliyyət göstərəcək.

Pandemiya səbəbi ilə evdə qalan Bestemsu 20 müxtəlif geyimdən ibarət kolleksiya da hazırlayıb. Aktrisa şəxsi kolleksiyasına aid geyimləri Avropada nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, Bestemsu Özdemir bu günə qədər “Sakarya Fırat”, “Meryem”, “Kara Para Aşk” kimi reytinqli seriallarda rol alıb.