Aygün Kazımovanın Brilliant paylaşımı təəccübləndirdi

Aygün Kazımovanın Brilliant paylaşımı təəccübləndirdi
5725 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı paylaşımıyla diqqət çəkib.

Axşam.az xəbər verir ki, müğənni İnstaqram səhifəsində hekayə bölümündə Dadaşovanın "Bir dəfə yaşayırıq" ifasını yayımlayıb. O, paylaşımın üstünə "Allah rəhmət eləsin" qısa şərhini yazıb.

B.Dadaşovanın Cavanşir Quliyevin bəstələdiyi, Akif İslamzadə ilə ifa etdiyi "Bir dəfə yaşayırıq" bəstəsinin bu il 35 yaşı tamam olur. Müğənni mahnını yeni versiyada səsləndirib.

Qeyd edək ki, Kazımovanın Brilliantla bağlı paylaşım etməsi səs-küyə səbəb olub. Belə ki, ifaçılar illərdir küsülüdürlər. Onlar hər fürsətdə bir-birilərinin ünvanına tənqidlər səsləndirilər. Bildirilib ki, Aygünün mahnını paylaşmasına səbəb klipin həsr olunduğu Aida xanımdır.