"Müğənnilərin olduğu "şəngülüm" verilişlər bitsin" - Murad MTRŞ-ya səsləndi

"Müğənnilərin olduğu "şəngülüm" verilişlər bitsin" -  Murad MTRŞ-ya səsləndi
2088 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Murad Arif MTRŞ-ya səslənib.

Axşam.az xəbər verir ki, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib:

"MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır!

Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı.

İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki...".