Gecə baş verən dəhşətli qəza ilə bağlı - Açıqlama

Gecə baş verən dəhşətli qəza ilə bağlı -  Açıqlama
2999 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

Axşam.az xəbər verir ki, bu haqda Lent.az -a açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib ki, avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar:

"Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar".

G.Aslanova qeyd edib ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin V kurs tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub:

"Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir. Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik!".