"Anadolu" agentliyi Füzulinin dağıdılmış məscidindən yazdı - Fotolar

"Anadolu" agentliyi Füzulinin dağıdılmış məscidindən yazdı -  Fotolar
467 dəfə oxunub
  • A-
  • A
  • A+

Ordumuzun erməni işğalından azad etdiyi Füzuli şəhərində yox olan bir çox tarixi və mədəni binaların başında Qarabağ və Azərbaycan memarlığının öndəgedən adlarından Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilen Hacı Əli Əkbər məscidi yer alıb.

Axşam.az xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyi məscidlə bağlı material yayımlayıb. Bildirilib ki, şəhərdə yer alan binalar istifadəedilməz hala salınıb. Onlar məsciddən yalnız minarələrin qaldığını qeyd ediblər.

Füzulinin 1993-cü ildə işğalı zamanı şəhərin bir çox memarlıq abidəsi kimi sözügedən məscid də ermənilər tərəfindən dağıdılıb.

 

Bununla yanaşı, şəhər qəbiristanlığı da işğal zamanı yerlə-yeksan edilib. Qəbiristanlıqda kiril əlifbası ilə yazılmış bir çox müsəlman qəbrinin olduğu bildirilir. Orada şəhərin bir çox tanınmış siyasətçisi və sənətkarının heykəlləri dağıdılmış vəziyyətdə tapılıb.

Füzuli şəhər mərkəzi və kəndlərinin əksəriyyəti 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib. İşğaldan əvvəl ərazisi 1386 kvadrat kilometr olan Füzulidə 144 min azərbaycanlı yaşayırdı. Bölgənin 1990-cı illərdə erməni qüvvələrinə qarşı döyüşlərdə 1100-dən çox şəhid verdiyi məlumdur. Erməni qüvvələrinin hücumları nəticəsində təxminən 1500 füzulili yaralanıb və 155 uşaq valideynlərini itirib. 1 şəhər mərkəzi, 1 qəsəbə və 75 kənddən ibarət olan Füzulinin yalnız 20 kəndi işğal edilməmişdi.