Covid-19-a yoluxan şou-biznes nümayəndələri

Covid-19-a yoluxan şou-biznes nümayəndələri
2295 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər sürətlə yayılan Covid-19 infeksiyası məşhurlardan da yan keçməyib. Şou-biznesin tanınmış simaları bir-birinin ardınca virusa yoluxduqlarını etiraf ediblər.

Axşam.az koronavirusa yoluxan sənət adamlarının siyahısını təqdim edir:

Müğənni Elçin Hüseynov bir neçə gün əvvəl Covid-19 testi verib və cavab pozitiv olub. Sənətçinin tək özü yox, ailə üzvləri də virusa yoluxublar. Vəziyyətlərinin yaxşı olduğunu deyən Elçin müalicə aldığını söyləyib.

Əməkdar artist Lalə Məmmədova da hazırda virusla mübarizə aparır. Sənətçinin qızları və valideynləri də Covid-19-a yoluxub.

Müğənni Manaf Ağayev ötən həftə koronovirus testinin pozitiv olduğunu açıqlayıb. İfaçı ailəsi ilə birlikdə özünü evindı izolyasiya edib.

Xalq artisti Nəzakət Teymurova da virusa yoluxan məşhurlardan olub. Xanəndə bir müddət xəstəxanaya yerləşdirilibi və mülaicə alıb. 

Aparıcı Aydan Axundova bir neçə həftə əvvələ kimi virusla mübarizə aparırdı. Hazırda isə onun durumu yaxşılığa doğru gedir.

Aktrisa Şəhanə Yusifovadan da virus yan keçməyib. Sənətçi xəstəliyi ağır keçirdiyini gizlətməyib.

Dicey Tural Yusifovun xanımı, tanınmış bloqqer və İTV-nin aparıcısı Səma Abıyeva testinin pozitiv olan nəticəsini sosial şəbəkədə paylaşaraq, virusa yoluxduğunu açıqlayıb.

ATV-nin aparıcısı Fərid Rəsul da virusla bağlı test verib və pozitiv cavabını izləyiciləri ilə bölüşüb. O, müalicəsinin evdə aparıldığını açıqlayıb.

Koronavirusun yan keçmədiyi tanınmışlardan biri də aktyor Tərlan Nur Yaşar olub.

Əməkdar artist Bəhram Bağırzadə də aylar əvvəl Covid-19-a yoluxmuşdu. Xəstəliyi ağır keçirən aktyor hətta süni nəfəs aparatına qoşulmuşdu.