"Söz vermişəm ki, Xankəndi, Şuşa və Xocalıda ev alacam"

"Söz vermişəm ki, Xankəndi, Şuşa və Xocalıda ev alacam"
1346 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müharibə dövrünü nigarançılıqla keçirdim. Həyat yoldaşım da cəbhədə idi. Gün olurdu ki, zəng çatmırdı, günlərlə xəbər ala bilmirdim. Gecəm-gündüzüm yox idi. Gecələr səhərə kimi dua edirdim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Onların səsi" proqramına açıqlamasında deyib. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovun da ikinci Qarabağ Müharibəsində iştirak etdiyini söyləyib. Elnarə bildirib ki, 44 gün ərzində ağır günlər keçirib:

"Bu hisslər heç nəylə izah oluna bilməz. Özümə söz vermişəm ki, Xankəndi, Şuşa və Xocalıda ev alacam. O torpaqlarda olmamışam, amma oradan məcburi köçkün olanlar qədər sevinirəm. 30 il mən də qalibiyyəti gözləmişəm".