Maradonanın ölümünə həkimi səbəb olub?

Maradonanın ölümünə həkimi səbəb olub?
778 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi futbolçu Dieqo Maradonanın dünyasını dəyişdikdən 4 gün sonra ölümü ilə bağlı bir çox məqamlar ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, polis futbolçunun həkimi Leopoldo Lukla bağlı araşdırmaya başlayıb. Ötən gün həkimin xəstəxanasında və evində araşdırmalar aparılaraq, adam ölümünə səbəb olan səhlənkarlıqla bağlı dəlillər axtarılıb.

İstintaq Maradonanın qızları - Dalmo, Canina və Yano tərəfindən başladılıb. Noyabrın 3-də futbolçu beyin əməliyyatı keçirib, 8 gün sonra - noyabrın 11-də o, həkimin icazəsi ilə evə buraxılıb.

Luk mediaya açıqlamasında bildirib ki, futbolçunun xəstəliyi ilə bağlı bütün məlumatları polisə verib. O, hətta kompüterinin, telefonlarının və bütün disklərinin götürüldüyünü söyləyib:

"Nəyi necə etdiyimi gözəl bilirəm. Dieqo üçün əlimdən gələn hər şeyi etdiyimə əminəm. Nəyə cavabdeh olduğumun fərqindəyəm. Onu sevirdim, qayğısına qalırdım. Maradonanın əsas həkimi deyildim. Onun səhhəti ilə məşğul olan həkim kollektivi arasında yer alırdım".