Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar

Ermənilər Ağdamda məscidi də yandırıb -  Fotolar
748 dəfə oxunub
  • A-
  • A
  • A+

"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda yerləşən məscidlərdən birinin fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, o, məscidin ermənilər tərəfindən tövlə kimi istifadə edildiyini vurğulayıb. Rza bildirib ki, Qiyasi kəndindəki 18-ci əsrə aid məscid indi pis hala salınıb:

"Mədəni, mənəvi və dini irsin vandalizmi anlaşılmaz və qəbuledilməzdir. Fərqli qarşıdurmalarda bunun şahidi oldum. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

Ağdam rayonunun Qiyasi kəndində bu 18-ci əsr məscidi inək saxlamaq üçün 30 illik işğal zamanı istifadə edilib. Azərbaycanlılar tərəfindən aşkar ediləndə isə içərisi nəcislə dolu idi. Ermənilər isə bölgədən ayrılmadan əvvəl son olaraq məscidi yandırıblar. Bunların yenidən qurulması və dağıdılanların bərpası uzun müddət vaxt aparacaq".