Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevi müdafiə edib.

Axşam.az xəbər verir ki, sənətçi bunla bağlı video yayımlayıb. O, son günlər sosial şəbəkədə "Niyə özün, oğulların döyüşə getmədiz" sözləri ilə tənqid olunan Manafdan danışıb:

"Müharibə başlayandan bir həftə sonra Manaf yardımla bağlı cəbhəyə getdi. 15-20 min manat dəyərində yardım apardı. Mən də azacıq nəsə etdim. Manaf da, mən də bunu işıqlandırmadıq. Manafın etdiyinin üçdə birini etməmişəm. Amma haqqını yeyiriq.

Onun övladlarının müharibəyə getməməsinə gəldikdə isə... Böyük oğlu Elçin dövlət işində işləyir. Məsləhət bilinsəydi göndərilərdi. Kiçik oğlu Müşviq də onun kimi... Manafın iki bacısı, iki qardaşı oğlu döyüşdədir. Mənim böyük qardaşımın oğlu hazırda döyüş bölgəsindədir. Bizim özümüzün yaşı uyğun olmadığı üçün göndərilmədik.

44 gündə elə birlik göstərdik ki, dünya tamaşamıza durdu. Gəlin bunu davam etdirək. Bir-birimizin qəlbinə dəyməyək".



                 

Xəbər lenti