Baş Prokurorluq əhaliyə müraciət edib

Baş Prokurorluq əhaliyə müraciət edib
1079 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş Prokurorluq əhaliyə müraciət edib.

Axşam.az xəbər verir ki, prokurorluğun mətbuat xidməti son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edildiyini bildirib.

Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən  tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.