"Söhbət etdiyimiz yerdə düşmən mərmi atdı" - Kamil Xudayardan yazdı

"Söhbət etdiyimiz yerdə düşmən mərmi atdı" -  Kamil Xudayardan yazdı
7741 dəfə oxunub
  • A-
  • A
  • A+
"Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü. Xudu, Allah sənə təhmət eləsin. Əziz qardaşım, sənin bu dünyadan köçməyindən 40 gün keçir".

Axşam.az xəbər verir ki, bu szöləri idmançı Kamil Zeynallı şəhid Xudayar Yusifzadənin ünvanına yazıb. Oxuduğu mahnı ilə sosial şəbəkədə ən çox paylaşılan şəhidlə fotosunu yerləşdirən Kamil onun ölümündən 40 gün keçdiyini bildirib:

"Sənin ocağını, məzarını Bərdədə ziyarət edəcəm. Çox pisəm, səni məzarında görəcəm. Biz səninlə oturub, söhbət etmişdik ki, musiqidə sənə dəstək olacaqdım. Arada snayperlə nə qədər düşmən vurduğunu deyirdin. Yorulanda başqa silah götürürdün... Söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq, mərmi gəlib kənara düşdü. Zarafatla dedik ki, həmişə belə "kasoy" atmışınız. Dedik və güldük.

Sənin necə gözəl insan olduğunu necə yazım burada, izah edim bilmirəm. Sən başqa insan idin, hətta haradasa mühafizəçi işlədiyini demişdin. Döyüşdən sonra sənə iş tapmaq haqqında da danışmışdıq. Çox heyif... Səni indi gəlib məzarda görəcəyimə inana bilmirəm. Xudu, sən yaşayırsan, əziz qardaşım".