Çəkiliş zamanı atdan yıxıldı

Çəkiliş zamanı atdan yıxıldı
903 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Esra Sönmezerin başına iş gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi çəkildiyi serial üçün məşqlər edərkən atdan yıxılıb. Aktrisa bununla bağlı açıqlama verərək, qəzanı yüngül keçirdiyini və çox şanslı olduğunu dilə gətirib:

"At minmək təxmin etdiyimdən də çətin imiş. Bir az büdrədim və yıxıldım. Çox şükür ki, yaralanmadım". 

Qeyd edək ki, Esra Sönmezer "Kutay" serialının çəkilişi zamanı bədbəxt hadisə ilə üzləşib. Aktrisa 4 ildir ki, qılıncoynatma idman növü ilə məşqul olur.