1 milyonu restoranlara verəcək

1 milyonu restoranlara verəcək
462 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yazıçı, aşpaz və restoranlar şəbəkəsi sahibi Devid Çanq 1 milyon dollar qazanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Devid  qatıldığı "Kim milyonçu olmaq istəyir?" verilişindən ən yüksək məbləğlə ayrılıb. Bununla da o, yarışma tarixində ən böyük məbləği əldə edən ilk məşhur olub.

43 yaşlı Çanq qazandığı 1 milyon dolları pandemiyadan əziyyət çəkən restoran sahiblərinə bağışlayacağını bildirib.