Başakdan Kıvançla bağlı etiraflar

Başakdan Kıvançla bağlı etiraflar
1031 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer jurnallardan birinə evlilik həyatı ilə bağlı müsahibə verib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki,  Başak müsahibəsi zamanı Kıvançla evlilliyində yaşadığı maraqlı məqamlardan danışıb:

“Ailə həyatımızın göz önündə olmağı mənim seçimim deyildi. Evlənməzdən əvvəl də sakit və səssiz həyatım yox idi. Bir çox tədbirlərə və qalalara qatılırdım. Düşünürəm ki, evliliyinizi və şəxsi həyatınızı nə qədər gizli yaşasanız, o qədər az danışılar.

Kıvançla evləndiyim üçün xoşbəxtəm. Onunla evdə vaxtımız əyləncəli keçir. Sosial şəbəkələrdə bir çox dost qruplarımız var. Kıvanç zarafatları ilə məni çox güldürür. Gülməli və əyləncəli kiçik epizodlar ifa edir. Həmin dəqiqə ssenari yazır və adamı güldürür”.